Cavid Qurbanovun kadrına təhlükə yaranıb

 

 

Hesablama Palatasının "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələrində nöqsanlar aşkarlaması xidmət rəisinə problemlər yaradıb.

Dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ciddi nöqsanlar aşkarlayıb.

Auidit zamanı məlum olub ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində olan Bakı Dəmir yol Xəstəxanasında mövcud ştatların 2014-cü ildə 6,2%-i və ya 42 vahidi, 2015-ci ildə 6,4%-i və ya 43 vahidi, 2016-cı ildə isə 5,2%-i və ya 34 vahidi vakant olmuş, müalicə alan xəstələrin sayı auditlə əhatə olunan illər üzrə müvafiq olaraq 1884 nəfər, 2246 nəfər və 1066 nəfər olmuş və eyni zamanda çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 77 gün, 2015-ci ildə 92 gün, 2016-cı ilin altı ayında 45 gün, çarpayı günlərinin icra göstəriciləri proqnozlaşdırılmış çarpayı günlərinə görə isə müvafiq olaraq 41,3%, 79,2% və 77,6% təşkil edib. Mərkəzi Dəmir Yol Xəstəxanasında isə təsdiq olunmuş ştatların 2014-cü ildə 10,1%-i və ya 70,0 vahidi, 2015-ci ildə 12,3%-i və ya 84,0 vahidi, 2016-cı ildə 11,8%-i və ya 78,0 vahidi vakant olub. Xəstəxanada müalicə alan xəstələrin sayı 2014-cü ildə 4706 nəfər, 2015-ci ildə 4127 nəfər, 2016-cı ilin altı ayında 1889 nəfər olub, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 117 gün, 2015-ci ildə 107 gün, 2016-cı ilin altı ayında 54 gün, çarpayı günlərinin icra göstəriciləri proqnozlaşdırılmış çarpayı günlərinə görə müvafiq olaraq 67,8%, 61,7%, 60,4% təşkil edib. Xəstəxanalar üzrə çarpayı günlərinin icra faizinin aşağı olmasına baxmayaraq, 1 çarpayı gününə sərf olunmuş faktiki xərcin məbləği 1 çarpayı günü üzrə proqnozlaşdırılmış xərcin "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətində mələğindən çox olub.

Bütün bunlar isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətində korrupsiyaya yol verilməsi anlamına gəlir. Bu isə xidmət rəisi Adil Şükürova ciddi problemlər yarada bilər. Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov QSC-nin sədri Cavid Qurbanovla həmyerli və qohumdur. Bu şəxslərin hər ikisi əslən Kəlbəcər rayonundandır. Hətta onlar Kəlbəcərin iki ən məşhur ailəsinin təmsilçiləridir. Bu ailələr arasında qohumluq münasibətləri var. Məlumata görə, Adil Şükürovun "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə rəsi təyinatı da Cavid Qurbanovun himayəçiliyi ilə baş tutub. Doğrudur, o zaman "Azərbaycan Dəmir Yolları” QSC-yə Cavid Qurbanov rəhbərlik etmirmiş. İddialara görə, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin o zamankı rəhbərliyindən xahiş edib ki, Adil Şükürovu QSC-nin Həkim-Sanitar Xidmətinə rəis təyin etsin. O zaman Cavid Qurbanovun xahişi qəbul olunub. İndi isə bir ildən artıqdır ki, "Azərbaycan Dəmir Yolları” QSC-yə Cavid Qurbanov rəhbərlik edir və bu fakt Adil Şükürov QSC-dəki mövqelərini daha da gücləndirib. Ancaq indi Hesablama Palatasının "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ciddi nöqsanlar Adil Şükürova ciddi problemlər yarada bilər. Əgər hüquq-mühafizə orqanları Hesablama Palatası kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətində baş verənlərə ciddi yanaşsa, Xidmətdə həbslər də mümkündür. Xüsusilə də "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin cari təmir işləri adı altında "Qrant S”, "İnşaat”, "Eltade-MN” , "Kosinus MN”, "İnstal servis”, "Dizayn ltd” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə bağlı maliyyə əməliyyatları ciddi araşdırılsa çox maraqlı məqamlar üzə çıxa bilər. "Yeni Sözçü” qəzeti olaraq "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin yuxarıda qeyd eydiyimiz şirkətlə maliyyə əməliyyatlarını araşdırmağa çalışacağıq. Bu araşdırma zamanı "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin rəsmilərinin də mövqeyini öyrənməyə cəhd edəcəyik.

 

P.S. Bü günlərdə mediada "Cavid Qurbanov 3000-dən çox həkim və tibb bacısını işsiz qoyur"-başlıqlı yazı tirajlanır. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmir Yol Xəstəxanası bağlanma təhlükəsi ilə qarşılaşıb. Bu barədə xəstəxanada çalışanlar məlumat veriblər. Məlumatda bildirilir ki, 3 mindən çox həkim və tibb bacısı yanvar ayından etibarən işsiz qalacaq. Buna səbəb xəstəxananın kommunal borcunun yüksək olmasıdır. Məlumata görə, xəstəxanada maliyyə problemləri var. Bu səbəbdən də, işçilərin çoxu ixtisar edilir. Xəstəxananın özəlləşdiriləcəyi də deyilir. Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirməyə çıxartdığı dövlət obyektlərindən biri də məhz bu xəstəxanadır. Hazırda xəstəxana Cavid Qurbanovun rəhbərliyi altında olan Azərbaycanda Dəmir Yollarının tabeçiliyindədir. 

Azad Aydın,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti