"Azərsu" varlıların evlərinə su çəkir, kasıb vətəndaşlara isə... - ŞİKAYƏT / FOTO


Badamdar qəsəbəsi 3-cü Yaşayış Massivinin 38-ci küçə sakinləri “Azərsu”dan şikayətçidirlər.

Yenicag.az-a müraciət edən sakinlərin sözlərinə görə, həmin ərazidə su və kanalizasiya şəbəkələrinin yenidən qurulması həyata keçirilsə də, ancaq küçənin zəngin insanların yaşadığı hissəsində işlər aparılıb.

Səbail Rayon Sukanal İdarəsinin varlılara xidmət etdiyini bildirən sakinlər etiraz edərək yolu bağlayıblar.

Etirazlarını dilə gətirən sakinlər: “Sanki qara camaat bu ölkənin vətəndaşları deyil”, – deyə bildiriblər.

Qeyd edək ki, Səbail Rayon Sukanal İdarəsi vətəndaş müraciətinə cavab olaraq problemin aradan qaldırılacağını vəd etsə də, artıq 2 həftədir heç bir iş görülmür.



Oxşar Xəbərlər

Xəbər lenti