8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İkinci Qarabağ müharibəsi iştirakçısı Süleyman Bədirxanov Pirallahı Rayon İcra Hakimiyyətindən şikayətçidir.Hurriyyet.az-ın məlumatına görə, o, Meydan TV-yə deyir ki, ilyarımdan çoxdur icra hakimiyyətinə torpaq sahəsi ilə əlaqədar müraciət etsə də, qurumdan rəsmi cavab ala bilməyib.Uzun süründürməçilikdən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya yazmaq qərarına gəlib:“Bundan sonra mənə rəsmi cavab verdilər. Daha doğrusu, icraya çağırıldım. Vətən mübaribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində mənə dedilər ki, icra hakimiyyətinin balansında torpaq yoxdur. Üstəlik, dedilər ki, bizdən torpaq istəmək, sizin haqqınız deyil. Niyə haqqım deyil? Uğrunda canım-qanım bahasına döyüşdüyüm torpaqdan mənə iki-üç sot pay düşməyəcək? Mən haqqım olanı istəyirəm, torpaq sahəsi versinlər, dolanışığımı düzəldim”.1996-cı ilə təvəllüdlü Süleyman Bədirxanov 2015-2017-ci illərdə hərbi xidmətdə olub.2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan, Talış kəndi və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etdiyini deyir.Bildirir ki, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.“Maşın ustasıyam, bəzən iş olur, bəzən də yox. Qazandığımı da icarəyə ödəməli oluram. Bunlar da torpağı pulla satırlar”, – söyləyən keçmiş döyüşçü bildirir ki, icra hakimiyyəti ona torpaq verdiyi təqdirdə avtoçilingər emalatxanası açacaq.Pirallahı Rayon İcra Hakimiyyətindən Meydan TV-nin zənglərinə cavab verilməyib.Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə təəssüflə deyir ki, bölgələrdə nəinki döyüşçülər, hətta şəhid ailələri və İkinci Qarabağ müharibəsi əlillərinin problemlərinə baxılmır:“Prezident İlham Əliyevin tapşırığı var ki, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, əlillər və veteranlara xüsusi qayğı, diqqət göstərilsin. Əksər rayon icra hakimiyyətləri şəhid ailələri, veteran və Qarabağ əlillərinin müraciətlərinə məhəl qoymur. Baxırsan ki, hansısa rayonda məmurun, ya da icra başçısının üç min-beş min hektar torpağı var. Dədəsinin deyil, dövlətin torpağıdır. Torpaqların hamısını qanunsuz yollarla mənimsəyiblər. Deyirsən ki, qaziyə on hektar torpaq ver, vermir. Əksər rayonlarda bu problem var. Hərbi qulluqçu, veteranlara torpaq və ya mənzil verilməlidir. Heç birinə verilməyib”.