Xəzər RİH və Arxitektura Komitəsi qanunsuzluğa GÖZ YUMUR: - Tanınmış aparıcının həyəti zəbt edilir


“Artıq bir aya yaxındır bu məsələ ilə bağlı mübarizə aparıram. Hamı tikilinin qanunsuz olduğunu bildirsə də, heç kim tikintiyə mane ola bilmir”.

DİA.AZ xəbər verir ki, bu sözləri Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edən aparıcı Seva Camalova Yenicag.az-a ünvanladığı şikayətində deyib.

Aparıcının sözlərinə görə, bağ qonşusunun onun torpaq sahəsinin yaxınlığında qanunsuz ev tikməsini müvafiq qurumlar təsdiqləsələr də, problemin həllinə heç kim kömək etmir, xüsusən də Xəzər Rayon İcra Hakimiyyəti laqeyd münasibət göstərir:

“Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ payım var. Qonşuluqda yaşayan tanımadığım şəxs özü üçün ev tikir. Lakin tikdiyi ev həm mənim həyətimin hasarına çox yaxındır, həm də hasarı bütünlüklə tutub. Çünki çox uzun və hündür evdir. Bununla bağlı bütün aidiyyəti qurumlara şikayət eləmişəm. Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlardan gələn hər kəs bildirir ki, tikinti düzgün şəkildə aparılmır. Hasar ilə ev arasında məsafə qoyulmalı idi, amma bu məsafə yoxdur. Qurumlar tikintinin dayandırılmasını bildirsə də, buna əməl olunmur və tikinti davam edir. Heç kim bu tikintini dayandıra bilmir. Artıq bir aya yaxındır bu məsələ ilə bağlı mübarizə aparıram. Hamı tikilinin qanunsuz olduğunu bildirsə də, heç kim tikintiyə mane ola bilmir.

Evi tikən şəxslə danışmışam və etirazımı bildirmişəm. Mənə dedi ki, tikintini dayandırmayacaq. Yəni çox kobud bir insandır. Kimliyini və nə işlə məşğul olduğunu bilmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikrim var. Sadəcə bunun üçün yazdığım məktublara Şəhərsalma və Arxitektura Komitəsindən cavab məktubu gəlməlidir. Hələ ki heç kim mənə cavab məktubu göndərməyib.

Mən ən çox Xəzər Rayon İcra Hakimiyyətindən şikayətçiyəm. Bu gün səhər saatlarından buradayam ki, qəbula düşüm. Deyirlər ki, icra başçısının müavini buradadır, gözləyin. Xeyli müddət gözləyəndən sonra deyirlər ki, müavin burada yoxdur. 20 gündən artıqdır Xəzər Rayon İcra Hakimiyyətində bir nəfərin qəbuluna düşə bilmirəm. Qapıda qalıram, sonra çıxarırlar ki, heç kim yoxdur”.


Xəzər RİH və Arxitektura Komitəsi qanunsuzluğa GÖZ YUMUR:
Xəzər RİH və Arxitektura Komitəsi qanunsuzluğa GÖZ YUMUR:
Xəzər RİH və Arxitektura Komitəsi qanunsuzluğa GÖZ YUMUR:
Xəzər RİH və Arxitektura Komitəsi qanunsuzluğa GÖZ YUMUR:



Oxşar Xəbərlər

Xəbər lenti