8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
DİA.AZ: - "Azərbaycanın 5 dövlətlə quru sərhədləri var: Türkiyə, Rusiya, Gürcüstan Ermənistan və İran. Həmin ölkələrdən 3-ü Naxçıvanın payına düşür: Türkiyə, İran və Ermənistan..." DİA.AZ bildirir ki, bunu tanınmış jurnalist Heydər Oğuz paylaşımında qeyd edir.Daha sonra H.Oğuz yazır: "Sirr deyil ki, bu 3 ölkədən yalnız 1-i bizimlə strateji müttəfiq, qardaşdır - **Türkiyə**. Amma Türkiyə ilə sərhədlərimiz cəmi 11 km-dir. Ermənistanla düşmən olduğumuz isə heç kimə sirr deyil. İrana gəlincə, o da özünü ermənidən çox erməni kimi aparır.Sözümün canı odur ki, 4 tərəfdən düşmən əhatəsində yaşayan Naxçıvanın müvafiq qurumları nə ilə məşğul olsalar yaxşıdır? Sirab kənd sakini Qədir kişinin çəpişləri niyə ölüb və o, bu ciddi dövlət sirrini nə üçün Bakıya ötürüb və s. kimi "məsələlərlə". İndi də Qədir kişiyə susuzluqdan gileylənən Qahablı Nurlanı əlavə etmək istəyirlər.Nənəm demişkən, boynunuza qəmiş ölçüm sizin.Ölkənin bu qədər həlledici vəziyyətində Naxçıvan kimi strateji əhəmiyyətli yeri niyə bu cür dargörüşlü adamlara tapşırıblar, bax, mənim anlamadığım ən böyük müəmma budur".