8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, Sahibkar Azər İsmayılov Masallıda yeni tikdirdiyi Supermarketinin bütün qanuni sənədlərinin olmasına baxmayaraq, fəaliyyət göstərə bilmədiyini bildirib.Sozcu.info bildirir ki, manset.az məsələ ilə bağlı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikirlərini öyrənib. Ramil Osmanlı qeyd edib ki, əslində icra hakimiyyətinin belə bir səlahiyyəti yoxdur:"Obyekt hazırda fəaliyyətdədirsə, obyektin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə qərarı olmalıdır. Əgər bina hazır deyilsə, istismara qəbul olunmayıbsa, tikintisi, təmir-bərpa işləri tam başa çatmayıbsa, bu zaman icra hakimiyyəti konkret əsas göstərməklə tikintinin dayandırılmasına göstəriş verə bilər. Lakin bu da qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Yəni birbaşa icra hakiminin hansısa obyektin qapısına qıfıl vurmaq üçün əməkdaşlarını göndərməsi düzgün deyil.Tərəflər arasında icarə müqaviləsi varsa, buna icra hakimiyyəti ümumiyyətlə hər hansı formada müdaxilə edə bilməz. Əmlak Komitəsi Əsasnaməsinə uyğun olaraq, dövlət əmlakının idarə edilməsini, onun satışını, icarəyə verilməsini, onun üzərində sərəncam verilməsini həyata keçirir. Bu barədə göstəriş verən icra hakimiyyətinin özünün oturduğu bina da daxil olmaqla, onun balansında olan bütün torpaq, tikili, qurğu və avadanlıqlar belə dövlət əmlakı sayılır. Dövlət əmlakının birbaşa üzərində nəzarət Əmlak Məsələləri Dövlət Xidmətinə aiddir. Qanunvericiliyə uyğun olaraq, 2015-ci ilə qədər ayrı-ayrı qurumlar öz əmlaklarını icarəyə verə bilirdilər. Lakin sonra qaydalar dəyişdi. Artıq mütləq şəkildə qurumlara, onların balansında olan torpaq və tikililərə aid icarə müqavilələri Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmalıdır.Həmin şəxs, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə müqaviləsi ilə təmin olunubsa, bu halda Xidmətə müraciət etməli, obyektin fəaliyyətinin qeyri-qanuni dayandırılması ilə bağlı məlumat verməli və bundan sonra məhkəməyə müraciət etməli və məhkəmə qaydasında icra hakimiyyəti orqanına qarşı iddia qaldırmalıdır. Onun hətta maddi və mənəvi tələb irəli sürmək hüququ da var".İcarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, dayandırılması hüquqları Əmlak Məsələləri Dövlət Xidmətinə aiddir, icra hakimiyyəti bunu edə bilməz.