8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə Metal-Plastik" MMC-nin dövlətə vergi borcu üzə çıxıb. Sozcu.info-nun məlumatına görə, hüquqi ünvanı Gəncə şəhər Səvəvilər küçəsi, ev 170 olan MMC-nin vergi borcu 76 min 607 AZN-dir.
Qanuni təmsilçi Mirməhəmməd Məmmədov Həmid oğludur, adıçəkilən MMC-nin sahibi həmçinin, "Gəncə Şərab evi 1" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorudur.
Nəzərinizə çatdıraq ki, "Gəncə Şərab evi 1"-in də vergi borcu, yüz qırx beş min dörd yüz əlli dörd manatdır. (145454.52 AZN)
Sahibkarın dövlətə olan ümumi vergi borcu iki müəssisə üzrə, iki yüz min manatdan (200 min) daha çoxdur.
Bu cinayət deyilsə bəs nədir?
Gəncə 12 saylı Vergilər İdarəsinin nəzdində olan böyük müəssisələrin, bu qədər külli miqdarda vergi borcu olması haqqında dəfələrlə 12 saylı Vergilər İdarəsinin elektron poçtuna sorğu göndərməyimizə baxmayaraq, hələ də açıqlama verməkdən imtina edirlər.
Mövzuya qayıdacayıq.
Gəncə müxbiri Azər