8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhər sakini Priyeva İradə Hacı Məmməd qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi “Baku Stell Company” şirkəti haqsız yerə onun fəaliyyətinə son qoyub.
“Rasim Mammadov həbs edildikdən sonra “Baku Steel Company” şirkətinə Emin Rəsulov rəhbərlik etməyə başladı. 2022-ci il, avqustun 29-da məzuniyyətdən qayıtdıqdan sonra mənə dedilər ki, ştat bağlanıb, artıq bizə işçi lazım deyil.
Onu da qeyd edim ki, mən xadimə kimi işə qəbul olunsam da, paralel olaraq oradakı kafenin də işlərini görürdüm. Yeməkləri paylayırdım, qabları yuyurdum. Halbuki, mənim işim ancaq yerləri silib-təmizləmək idi”.
Şikayətçi deyir ki, işdən çıxarılandan bir müddət sonra yerinə başqa bir şəxsi götürüblər: “Emin Rəsulova inanıb, çarəsiz vəziyyətdə evimə geri döndüm. Bir müddət sonra xəbər tutdum ki, mənim yerimə başqa bir şəxsi - 40 yaşlı bir qadını işə götürüblər. Emin Rəsulovla görüşüb, bunun səbəbini soruşmaq istəsəm də, mühafizə xidməti məni qapıdan içəri keçməyə qoymadı.
Kadrlar şöbəsinin rəisi Azər bəylə görüşdüm. O, mənə müqavilənin vaxtı bitdiyi üşün işdən azad olunduğumu dedi. Axı, bizdə bu müqavilə illərdir 2-3 illik bağlanılır, təzədən yenilənirdi. Biz, mən və iş yoldaşlarım 22- il bu rejimdə eyni qayda ilə işləmişik”.
Saytımız vasitəsilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi deyir: “Mən Prezident İlham Əliyev və Birinci vitse-prezidengt Mehriban Əliyevaya şikayət məktubu göndərmişəm. Başqa orqanlara da göndərmişəm, amma cavab ürəkaçan deyil. Sizin saytınız vasitəsilə də lazımı orqanlara müraciət edirəm, bu haqsızlığa son verilsin. Emin Rəsulov bu işi araşdıran insanlara fərqli-qərqli hadisələrin olduğunu deyir. Guya oğurluq etmişəm, işimi layiqincə yerinə yetirməmişəm kimi və s”.