8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə yaşayış massivi ərazisində artıq 3 gündür ki, əhaliyə xəbərdarlıq edilmədən təbii qazın verilməsi dayandırılıb.
Hurriyyet.az sakinlərə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin işçiləri bunu sayğacların dəyişdirilməsi ilə əlaqələndirirlər.
“Qəsəbə sakinləri artıq boğaza yığılıb. Sayğacları dəyişmək üçün soyuq qış aylarını gözləmək lazım idi? “Azəriqaz” İB-nin səriştəsiz fəaliyyəti insanları etiraz etməyə məcbur edir. Azyaşlı körpələr və yaşlı insanlar evdə donur. Bəzi məmurlar qəsdən insanlara əziyyət verir ki, onlar bezsin və etiraza qalxsınlar”, - deyə sakinlər bildirirlər.
Qeyd edək ki, məsələ ilə bağlı “Azəriqaz”la əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı. Əlaqə nömrlərini saytdan götürüb zəng vurduqda isə, vətəndaşlara verilən cavabı biz də aldıq: “Bağışlayın, hal-hazırda bu istiqamətdə bütün xəttlər məşğuldur. Lütfən daha sonra zəng edin”. Beləliklə, səhər saat 11:00-dan 14:00-a kimi davam edən zəngimizə“Azəriqaz” İB-dən ancaq bu cavabı ala bildik.