"OBA"da yenə də yumurtalar LAX ÇIXIR... - VİDEOFAKT


“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA” marketdən yumurta alan müştərinin bəxti gətirməyib. Daha doğrusu, market ona hamısı lax olan yumurtalar sırıyıb. Reportyor.info xəbər verir ki, müştəri bu haqda video paylaşım edib. Məlum olur ki, “Oba” marketdən aldığı bütün yumurtalar lax, xarab çıxıb. O, bir-bir yumurtaları qıraraq sübut olaraq göstərir ki, bütün yumurtalar zay çıxır. Görünür, həm istehsalçı şirkət, həm market vətəndaşları ələ salıb. İnsanlar pul verib yumurta alır, evə gələndə “kinder sürpriz”lə qarşılaşır.

Reportyor.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}