8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Baş Gömrük İdarəsi məhkəməyə verilib.
Sozcu.info xəbər verir ki, iddiaçı 25 ildir Azərbaycanın tibb sektorunda aparıcı şirkətlərdən biri olan "Arash Medical Company” QSC-dir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.
Birinci instansiya məhkəməsində uduzan şirkət apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Mediada gedən məlumatlara görə, şirkətin faktiki sahibi Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur.