8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nehrəm kənd sakini (faktiki yaşadığı ünvan: Babək rayon Nehrəm qəsəbəsi) Səfərov Səməd Sadiq oğlu Naxçıvan şəhəri, C.Məmmədquluzadə 5, məhəllə 35-də qeydiyyatda olan "Əcəmi” Tikinti Quraşdırma İdarəsinin rəhbəri Bünyadov Əhməd Səfər oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Sozcu.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edən iddiaçı ona məxsus avtomaşınların qaytarılması, eləcə də cəmiyyətdəki payının və xalis mənfəətin alınıb ona verilməsi tələbini irəli sürüb:
“Bildirirəm ki, 1987-ci ildə “Kamaz” 5511 markalı yük maşın mənim istifadəmə verilmişdir. Həmin avtomaşın 1997-ci ildən Naxçıvan "Əcəmi” Tikinti Quraşdırma İdarəsinin balansına verildiyindən, avtomaşını həmin idarədə idarə etmişəm.
Naxçıvan MR dövlət arxivinin 03.09.2020-ci il tarixli, 13/661 saylı arxiv arayışında mənim əmək haqqım barədə məlumat bildirilmişdir.
Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin bildirişində Babək rayon Nehrəm kəndində yaşayan (pasport XXV-JQ 579537) Səfərov Səməd Sadiq oğlu "Əcəmi” Tikinti Quraşdırma İdarəsi ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışda iştirak edərək, iki nəfərə 1 (bir) ədəd özəlləşdirmə çeki təqdim edilmişdir. Nəticədə hər birinin dəyəri 5000 (beş min) manat olan 19 (on doqquz)ədəd səhm əldə etdiyi qeyd olunmuşdur.
Naxçıvan “Əcəmi” Tikinti Quraşdırma İdarəsinin müdiri Bünyadov Əhməd Səfər oğlu 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən, mənim biləvasitə xəbərim olmadan avtomaşınları özəlləşdirib satmışdır.
Özəlləşib satılan texnika bunlardır: kat kəpcə ekskavator - 1 ədəd, “Kamaz” kran - 1ədəd.
Hurriyyet.az