Lənkəranda rəis müavinin vurduğu qadının vəziyyəti ağırlaşıb – ŞİKAYƏT


Lənkəranda rəis müavinin vurduğu qadının vəziyyəti ağırlaşıb – ŞİKAYƏT

2022-12-27 15:33:00

Lənkəranda rəis müavinin vurduğu qadının vəziyyəti ağırlaşıb – ŞİKAYƏT

“Lənkaranda Dekabr ayının 19-da rəis müavini, polkovnik-leyteant Səfər Nuriyev idarə etdiyi avtomobil  (90-AP-301) ilə  cinayyət hadisəsi (Maddə 263)  törətməsinə baxmayaraq iş fəaliyyətini davam etdirir və hadisədən sonra da həmən avtomobili  idarə edir. Cinayət məsuliyyətinə (maddə 263.1.1) cəlb edilməli olan polkovnikin işinin başında olması və avtomobil idarə etməsi rayon sakinlərinin haklı narazılığına səbəb olur. Qısa zamanda ciddi tədbir qörülməzsə, bir qrup rayon sakinin imzası ilə Prezident Administrasiyasına, Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə tədbir qörülməsi üçün  yazılı müraciət etməyi düşünürük”.Sozcu.info xəbər verir ki, bu barədə Lənkəran sakinləri tərəfindən daxil olan müraciətdə bildirilir.

Sakinlər daha sonra əlavə edirlər: “Avtomobil zərbəsi nəticəsində ağır bədən xəsarətləri almış Əhmədli Aynurə Əbulfəz qızı Bakı şəhərindəki “Kəpəz” klinikasında cərrahi əməliyyat olunub. Lakin Səfər Nuriyev maddi xərcləri az olsun deyə, əməliyyatdan iki gün sonra xəstəni ev şəraitində müalicəsini davam etdirmək qərarını  qəlir. Evinə gətirilirən Aynurənin vəziyyəti pisləşib. Xəstənin vəziyyətinin ağıralşmasını eşidən Səfər Nuriyev həyacanlanaraq, Bakıdakı həkimi Lənkarana dəvət edir. Görünür, polkovnikə xəsislik düşmür. Hal-hazırda xəstənin vəziyyəti ağırdır və ev şəraitində müalicəsi davam edir.

Dekabr ayının 22-də hadisə barədə Hurriyyet.az saytında dərc edilən bizim məlumatlara fikir bildirən Lənkaran rayon Polis idarəsinin əməkdaşı, polis kapitanı Məhəmməd Rzayevə bildirmək istəyirik ki, dərc edilən məlumatlar hadisə şahidinin söylədikləri əsasında yazılaraq sizə göndərilib. Kapitan Məhəmməd Rzayevə xatrlatmaq isəyirik ki, piyada qəfil yola çıxmayıb, piyada keçid zolağı ilə hərəkət edirmiş. Məhəmməd Rzayev yaxşı olardı ki, polkovnikin hadisə yerindən qaçmağa  cəhd edib-etməməsini  hadisə yerində olan müşahidə kameralarının görüntüsünü sizə göndərərdi”.

Xatırladaq ki, Səfər Nuriyev DİN Baş Narkotiklər ilə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəis müavinidir.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti