Qalmaqallı məktəbdə 6 sanitar qovşaq tikiləcək - Direktordan açıqlama


İmişli rayon 1 saylı Aran kənd məktəbinin müəllimi Leyla Nəcəfquliyevanın etiraz videosu ciddi müzakirələrə səbəb olub. Müəllim sosial şəbəkədə paylaşdığı videoda məktəbin ayaqyolunun olmadığı üçün şagirdlərin dərsə gəlməyəcəyini bildirib. Daha sonra töhmət alan müəllim məktəbin ayaqyolu problemini ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qaldığını deyərək, ona dəstəyin dayandırılmasını xahiş edib. 

Sozcu.info-nun əməkdaşı sözügedən məktəbin direktoru Anar Ələkbərovla əlaqə saxlayaraq, müəllimə təzyiqlər göstərilməsi iddiasına aydınlıq gətirməyə çalışıb. 

Direktor Leyla Nəcəfquliyeva ilə bağlı anlaşılmazlığın aradan qaldırıldığını, eyni zamanda məktəbdə sanitar qovuş probleminin həll olunacağını deyib:

"Ötən gün Regional Təhsil İdarəsinin əməkdaşları bizim məktəbdə oldular, yaxın vaxtlarda məktəbimizdə 6  modul tipli sanitar qovuşağının tikilməsinə başlanılacaq. İndiyədək 3 sanitar qovşaq var idi, uşaq da çox idi. Artıq bu məsələ öz həllini tapıb". 

Müəllimə təzyiq göstərməsinə gəlincə, direktor bu iddiaları təkzib edib. 

“O videoya baxmamışam və müəllimə hər hansı təzyiq etməmişik. Ötən gün idarədən gələn nümayəndələrlə birgə danışıqlar oldu. Problem aradan qaldırıldı. Müəllimlə də hər hansı problemimiz yoxdur. Bu gün Elm və Təhsil Nazirliyindən rəsmi nümayəndələr məktəbə baş çəkəcəklər”, - deyə direktor vurğulayıb. 

modern.az



Oxşar Xəbərlər

Xəbər lenti