Bakı Beynəlxalq Avtovağzal Kompleksində ÖZBAŞINALIQ - GİLEY

Bakı Beynəlxalq Avtovağzal Kompleksində ÖZBAŞINALIQ
DİA.AZ: - "Şikayətim Bakı Beynəlxalq Avtovağzal Kompleksindəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim var" sosial qrupundakı paylaşımında Səfərova adlı istifadəçi giley edir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində ÖZBAŞINALIQ

Narazı vətəndaş yazır: "22.01.2023 tarixində saat 9 üçün Gəncəyə gediş bileti alınıb. Biz soruşandan sonra 09:03-də məlumatımız olur ki, avtobus indi çıxmır, maşın dolmayıbmış və 15 dəqiqə çəkiblər vaxtı. Bir neçə dəqiqə keçdi yaxınlaşıb dispeçer ya da məsul şəxs axtarıram müraciətimi bildirməyə, əlbəttə, tapa bilmədim. Avtobusa adam yığan da heç vecinə almır şikayətləri, razı-razı öz işində, hər halda əmindir kimsə məsuliyyətini yadına salmayacaq.
Artıq 23 dəqiqə keçmişdi yaxınlaşın kassadan bileti qaytarmaq haqqında soruşuram kassada olan bir xanım qəribə tərzlə deyir “xanım, indi çıxır”, dedim sizdən soruşmadım çıxır ya yox qaytarılma şərtlərini oxumuşam saytdan, onu dəqiqləşdirirəm. Keçdim o biri kassaya, mənə çəkdikləri nümunə “camaat saatlarla təyyarə gözləyir” oldu. Dedim mənim daha sizə sözüm yoxdur, gör nə ilə nəyi müqayisə edirsiz. Orada vəziyyət o olmur ki, təyyarəyə adam yığılmayıb, yığılsın çıxır, gecikmə olanda da öncədən bildirirlər. Texniki səbəbdən ya da hava şəraiti və.s olur gözlətmə və buna görə də üzrxahlıqlarını edirlər, belə amiranə tərzdə bildirmirlər adama.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi, bu maşınlar sizin kassalardan alınan biletlərlə sərnişin qəbul edirsə deməli, müraciətlər nəzərə alınmalıdır. Sizin və sürücünüz üçün pul önəmlidirsə bu məsələdə bizim də vaxtımız önəmlidir. Mən eyni gündə gedib qayıtmalıydım planladığım vaxt çərçivəsində, bu səhlənkarlığa görə gecikirəm.
Bu edilənlər birmənalı hörmətsizlikdir!"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti