“TƏBRİZ” OTELİNİN İŞÇİLƏRİ ETİRAZ EDİR... – “Bizə yardım edin, səsimizi çatdırın...”


Naxçıvan şəhəri, “Təbriz” otelində çalışan işçilər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər yazaraq xahiş edirlər ki, onların səsini lazımi qurumlara çatdıraq. Deyirlər ki, 14 mərtəbəli otel binasını 7 nəfər xadimə idarə edir. Buna baxmayaraq, İşçilərin əmək haqları vaxtı vaxtında verilmir, üstəlik axşam növbəsinə saxlayırlar:

“Əmək haqlarımız qonaq olmayanda kəsilir. Yazmadığımız, şikayət etmədiyimiz orqanlar qalmayıb. 10-11 il burada işləmişik, amma “staj” yazılmayıb.

Adlarımızın çəkilməsini istəmirik, çünki qorxuruq işimizdən olaq.

Bizə bu il müqavilə imzalatdırdılar ki, guya yanvar ayından işə başlamışıq. Müqaviləni oxumadan qol çəkdiyimiz üçün bilməmişik.

Bizim işimizə Fuad müəllim, Nehralı müəllim və Rüfət müəllim baxmırlar. Dəfələrlə şikayət etsək də, “işinizi bəyənmirsinizsə, çıxın gedin deyirlər”. Bizi otaqlarından qovurlar.

11 ildir işlədiyim yer məni “staj”sız işlədirsə, mən necə pensiya alacam?! Naxçıvanda hər kəs bilir ki, işsizlik hökm sürür, səsimizi çıxarda bilmirik. Amma 14 mərtəbəli binanı 7 nəfərin təmizləməsi, gecə smeninə qalmağımız və əmək haqlarımızın kəsilməsi bizi çox narahat edir.

Sizdən xahiş edirik ki, bizə yardım edin, səsimizi çatdırın. Bizi burda çox işlədirlər, çox əziyyət verirlər.

Jalə FAMİLQIZI

Redaksiyadan: Bu bir iddiadır.İddianın nə qədər doğru və yalnış oldu olduğunu biz deyə bilmərik. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti