Bakıda müəllim valideynlərdən pul istədi: “Uşaqlar dərsdən qaçırlar, nəyin hesabına hörmət edirik?!” - VİDEO


49 nömrəli “İntellekt” məktəb-liseyində müəllim valideynlərdən pul tələb edib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, liseyin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq pul istəyib:

“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.

O, bütün siniflərin pul verdiyini qeyd edib.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olub:

“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

oxu.az




Oxşar Xəbərlər

Xəbər lenti