VƏTƏNDAŞ NARAZILIĞI, HAKİMİN ƏDALƏTSİZ QƏRARI - Xətai sakini Ceyhun Məhərrəmova qarşı cinayət işi üzrə maddə sonradan necə dəyişdirilib?!


Xuliqanlıq maddəsi ilə başlanılan məhkəmə prosesi Hakim Fuad Axundov tərəfindən CM-in 221-ci maddəsindən 128-ci maddəsinə tövsib verir. Bəs, belə bir dəyişiklik etmək qanuna

uyğundurmu? Hakim “xuliqanlıq maddəsi”ni niyə dəyişib, görəsən? Video görüntülərdən açıq-aşkar görünür ki, döyülən şəxsə necə təzyiqlər göstərilirsə, qonşuluqda yaşayanlar belə gəlib tamaşa edirlər. İctimai sakitliyi pozublar, şəxsi təhqir və söyüşlərə məruz qoyublar. Zərərçəkən şəxs sarsıntıda olduğunu və hələ də nələrdənsə ehtiyat etdiyini bildirir.

Hakim maddəni dəyişir, az qala döyülən şəxsi günahkar görür. Hakimlə bu mafiya arasında hansı anlaşma olub, görəsən?

“Xuliqanlıq maddəsi” nədir? Bu maddə hansı hallarda dəyişdirilə və yaxud da icra oluna bilər?

Bəs, Ceyhun Məhərrəmovun işinə qoyulan maddədə nə deyilir?

Maddə 128: Qəsdən sağlamlığa yüngül zərər vurma.

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – (125).

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır(126).

Şəkil və videolara baxdıqda isə açıq aydın bəlli olur ki, maddə qəsdən dəyişdirilib.

Bir neçə ekspert və vəkildən bu məsələ haqqında müsahibə almaq istədikdə isə adlarının çəkilməməsini və mövzuda qarışıq vəziyyətin olduğunu qeyd etdilər. Vəkillərdən biri isə “yəqin hakim bu videoya baxmayıb. Çünki videolardakı görüntü 128-ci maddəyə aid edilə bilməz”, - dedi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Bu, bir iddiadır. İddianın nə qədər doğru və yalnış olduğunu biz deyə bilmərik. Odur ki, yazıda adları çəkilən şəxslərin mövqeyni dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti