8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ev dustaqlığına buraxılması günün əsas xəbərlərindən biridir.Qaynarinfo xatırladır ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.Qaynarinfo-ya daxil olan məlumata görə, Əbülfəz Məlikov həbsdə olduğu müddətdə onun biznes imperiyası ilə bağlı problemlər yaranıb. Ona və oğluna məxsus bir neçə şirkət məhkəməyə verilib. Bildirilir ki, proses onun qeyri-qanuni şəkildə yaradılan və fəaliyyət göstərən şirkətlərinin biznes sektorundan çıxarılmasına yönəlib. Bəzi iddialara görə, Əbülfəz Məlikovun nəzarətində olan bir neçə biznes strukturuna da əl qoyulub.Bu arada Əbülfəz Məlikovun adının hallandığı 450 min dollarlıq qalmaqal barədə məlumat əldə etimişik. Məlumatda bildirilir ki, 2015-ci ildə Əlövsət adlı şəxslə Əbülfəz Məlikov arasında Azərbaycana kartof idxalı ilə bağlı sövdələşmə olub. Əbülfəz Məlikov işçisinin vasitəsi ilə həmin şəxsə 300 000 dollar verib. 150 000 dollar isə Əbülfəz Məlikovun işçisinin pulu olub. Lakin kartof idxalı baş tutmayıb.İşçisi sonradan pulları geri qaytarsa da, Əbülfəz Məlikov bununla kifyətlənməyib. Bu məsələ məhkəməyə qədər uzanıb. Əlövsət adlı şəxs dədləduzluq maddəsi ilə həbs olunub. Məhkəmə onun barəsində 2 il şərti cəza təyin edib. //Qaynarinfo//