“Azərtac”ın əməkdaşı məhkəmə ədalətsizliyindən yazdı - "Məni aldatdılar..."

“Azərtac”ın əməkdaşı məhkəmə ədalətsizliyindən yazdı
Bir neçə gün əvvəl işdən qanunsuz kənarlaşdırılması və əmək qanunvericiliyi ilə təsbit olunan bir sıra hüquqları pozulan “Azərtac”ın əməkdaşı məhkəmə ədalətsizliyinə etiraz olaraq intihar edəcəyini bəyan etmişdi.
Onun bu barədə sosial şəbəkədə yazdığı qeydlərdən sonra Ali Məhkəmə rəhbərliyi jurnalistin özünə və vəkili Bəhruz Bayramova işə ədalətli baxılacağına dair vəd vermişdi.
Lakin məlum olub ki, Ali Məhkəmə qanunsuz, sifarişli qərar çıxarıb.
Sozcu.info Gununsesi.info-ya istinadla Aygün Əliyevanın sosial şəbəkədə yazdığı növbəti qeydlərini təqdim edir:

Məni aldatdılar.
Artıq stimulum yoxdur.
Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, Azertac News Agency keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaiti mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir.
Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim. İş üçüncü dəfə absurd qərarla yenidən Apellyasiya məhkəməsinə ve bir ay geri tarixlə dünən göndərildi.
Olmadı.
Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qadındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm.
Bu, ikinci cəhdim olacaq və bu dəfə bitəcək.
Səbəbkarlar cəzalarını alsın.

“Azərtac”ın əməkdaşı məhkəmə ədalətsizliyindən yazdı



Oxşar Xəbərlər

Xəbər lenti