8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məryəm Mustafayeva: “Əliosman Qədimbəyli mənə qarşı dələduzluq edərək, 1000 manat pulumu ələ keçirib”
Ucar rayonu, 28 May küçəsi, ev 8-A sakini Mustafayeva Məryəm İbrahim qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bu şikayət ərizəmdə yazıb sizə bildirəm ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və savadsızlığımdan sui-istifadə edərək mənə qarşı dələduzluq edib, 1000 manat pulumu ələ keçirib.
Bildirim ki, ayaqlarım ağrayırdı, yeriməkdə çətinlik çəkirdim. Televiziya verlişində Əliosman Qədimbəylinin reklamın gördüm və 19.01.2023-cü il tarixdə ona müraciət etdim. Mənə dediyi müayinələrdən keçdim, qan analizi, MRT-müayinə, şəkər analizinə ümumilikdə 450 manat xərclədim. Müayinələrdən keçdikdən sonra mənə müalicə yazdı.
Müalicəm üçün yazılan dərmanlar ancaq Əliosman Qədimbəylinin özünə məxsus “Zəm-Zəm” adlı aptekdə satıldığı üçün 550 manat pul verib aldım. Evdə ambulator müalicələr keçdim.
Qeyd edim ki, “Medera” hospitala daxil olmaq üçün isə ilk olaraq 50 manat pul ödəmişəm.
6 gün müalicə aldığım vaxt gördüm ki, səhhətim əvvəlkindən də pis vəziyyətə düşdü. Bu səbəbdən, müalicəni saxlayıb, həkimlə əlaqə yaratdım. Əliosman həkim mənə bildirdi ki, mən düz müalicə yazmışam, başqa heç nə edə bilmərəm, gedin hara istəyirsiniz şikayət edin.
Beləcə, Əliosman Qədimbəyli məni aldadıb 1000 manat maddi və külli miqdarda mənəvi ziyan vurdu. Mən hazırda türkəçarə vasitəsi ilə müalicə olunub, yaxşılaşmaq üzrəyəm. Əliosman həkimin mənə qarşı etdiyi bu hərəkət dələduzluq cinayəti hesab edilir. Bu adam televiziya verlişlərinə çıxıb saxta, yalan reklamlarla mənim kimi insanları aldadıb, onların pulunu ələ keçirir. Nəticədə isə onun müalicələri təsir göstərmir, əksinə ağrılar daha da şiddətlənir.
Mən Əliosman Qədimbəylinin dələduzluq əməlləri barədə müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Onlardan xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb, etibarımdan və vəzifəsindən sui-istifadə edərək məni aldadaraq pulumu ələ keçirən, səhhətimə daha da ziyan vuran Əliosman Qədimbəylinin barəsində qanunu tədbirlər görəsiniz.
Azərbaycan cəmiyyətinə üz tutub deyirəm ki, Əliosman Qədimbəyliyə inanmayın, onun məqsədi xəstələri sağaltmaq deyil, onların pulunu ələ keçirməkdir”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.