8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhər, Ordubad rayonu, Dəstə kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər illərdir futbol stadionu kimi fəaliyyət göstərən ərazinin ərtafında qeyri-qanuni olaraq bağ salınmasına etiraz edirlər:
“Ordubad rayonu, Dəstə kənd sakinləri olaraq, yazaraq sizdən xahiş edirik ki, bu problemimizi işıqlandırasınız.
Deməli, futbol stadionu kimi tanınan ərazinin yaxınlığında icra başçısının icazəsi ilə “Xeyriyyə bağı” adlı bağ salınır. Əllərində heç bir sənədləri yoxdur.
Biz vətəndaşlar, müəllimlər buna etiraz edirik. Bizə hədə-qorxu gələrək susmağımızı tələb edirlər.
İcra başçısının razılığı ilə stadionun hasarlarını sökdülər, ətrafı zibilliyə çevirdilər.
Bu ərazidə özbaşınalıq edən isə deputat Tofiq Babayevdir. Ürəyi istədiyi kimi “at oynadır”. Sanki Naxçıvan Muxtar Respublikası bəzi məmurların öz evlərinin içidir, necə lazımdır, elədə “at oynadırlar”.
Biz nə edək, kimə müraciət edək?! Belə məmurlardan Naxçıvanın canı nə vaxt qurtaracaq?!
Vasif Talıbov vəzifədən getsə də, nümayəndələri onun yarım qalan vəzifələrini icra edirlər. Bu işin arxasında da ən başda Əli Həsənov durur”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.