Kərimov meşələri TUMLARI İLƏ YEYİR... - Bir də baxıb görəcəyik ki...


Talıstan meşələri İsmayıllı rayon mərkəzindən 14 km cənub-şərqdə Girdiman çayının sağ sahilindən 4 km aralıda, şimaldan tarixi Cavanşir qalası və şimal-şərqdən Qaranohur gölü, qərbdən Cülyan kəndi, şərqdən Diyallı kəndi ilə əhatə olunub və dağətəyi ərazidə yerləşir. Böyük Səməd Vurğun hələ 1935-ci ildə özünün «Talıstan» adlı poemasını qələmə alıb və bu yerlərin gözəlliyini tərənnüm edib:

Ormanlar içində durur Talıstan,
Ona bir baxışda vurulur insan.
Günəş bu yerlərdə qalxır atına,
Yüksəlir göylərin yeddi qatına.
Bu yurdun havası, suyu sərindir,
Keçdiyim dərələr göydən dərindir.

Ancaq indi İsmayıllı meşələrini Səməd Vurğunun vəsf etdiyi gözəlliyini itirmək üzrədir. Bu mövzuda qələmə aldığımız əvvəlki tənqidi məqalələrdə meşə talançılığına rəvac verən vəzifəli şəxsləri qınamışdıq. Qeydə aldığımız faktları aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərmişdik. Amma çifayda, cavbadeh şəxslər barəsində heç bir təsirli tədbir görülməmişdir. Həmişə də “daşın altından” nazir müavini Vüqar Kərimovun adı çıxmışdır. “Boz kardinal” Vüqar Kərimovun himayədarlıq etdiyi məmurlar sırasında Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəsul Quliyev də vardır. Bir neçə gün əvvəl Şamaxı RMTM-nin Qalınçaq meşəbəyliyinin 14 saylı meşə dolayının ərazisində, həmçinin İsmayıllı-Şəki avtomobil yolunun kənarında 2022 - ci ilə qədər Şamaxı RMTM-nin kadastr üzrə baş mütəxəssis Xəlilov Bəxtiyar Mirzəhüseyin oğluna məxsus olmuş, 2022 - ci ildə başqa vətəndaşa 150 min manata satılmış ərazidə mişar daşı və kərpic gətirilərək göl üçün yer qazıldığını, RMTM-nin direktoru Rəsul Quliyevin, direktor müavini Firqət Camalovun, kadastr üzrə baş mütəxəssis Bəxtiyar Xəlilovun burada gedən işlərə göz yumduqlarını xəbər vermişdik. Eləcə də sadaladığımız faktları təsdiqləyən fotoşəkilləri təqdim etmişdik. İndi isə redaksiyamıza Talıstan meşəbəyliyinin 2 saylı dolayında, Qalıncaq meşəbəyliyində diametri yarım metr və daha yoğun olan çoxillik ağacların kök üstündən kəsilməsi, meşə əkini sahələrində qoyun sürülərinin otarıldığına dair video və foto materallarla müşayiət olunan informasiya daxil olub. Təxmin edirik ki, ETSN mənsubları saytda ictimailəşdirdiyimiz bu faktları “görməyə” bilərlər. O üzdən müşayiətedici məktubla Nazirliyə müraciət etməkdə qərarlıyıq. Vüqar Kərimov bloklamasa Rəsul Quliyevdən hesab sorulacaq.azerinfo.media





Oxşar Xəbərlər

Xəbər lenti