43 min manat vergi borcu olan "Quseynoff” sığorta qanunu da pozub


Ötən ilin əvvəlindən fəaliyyət göstərən "Quseynoff” Məhdud Məhsulliyətli Cəmiyəti (MMC) barəsində məhkəməyə müraciət edilib.


Sozcu.info xəbər verir ki , İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozan şirkətlə bağlı protokol tərtib edilib.

Şirkət "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə ittiham olunur.

İddia təsdiqini taparsa, şirkət rəhbərliyini 5 min manat məbləğində cərimə gözləyir. İşə Tovuz Rayon Məhkəməsində hakim Zaur Hünmətovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlu olan şirkətin 14 saylı Ərazi Vergilər İdarəsinə hazırda 43528.63 manat borcu yaranıb.

Xatırladaq ki, şirkət bazar üçün "Quseynoff” işarəsi ilə alkoloqllu içkilər istehsal edir. \\Qaynarinfo



Oxşar Xəbərlər

Xəbər lenti