8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhər, Şərur rayonu, Yenigicə kənd sakini Bağırov Ramiz Məmməd oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Birinci Qarabağ döyüşlərində könüllü iştirak etdiyini, II qrup əlil olduğunu deyən şikayətçi bildirir ki, 2021-ci ildən əlilliyə görə aldığı pensiya dayandırılıb:
“Mən, Bağırov Ramiz Məmməd oğlu, yazaraq sizə bildirirəm ki, mən II qrup əlil, müharibə veteranı olduğum halda, pensiyamı kəsiblər. Könüllü döyüşçu olmuşam. Dövlət tərəfindən evlə təmin olunmuşam. İldə bir dəfə komissiyadan keçirdik. Bu il yoxlanışdan keçirmədilər ki, sağalmısınız.
Həkimlərin rəyinə əsasən göstərilir ki, sağalmışam, iş qalibillətim var. Sağalan adamın 2 ay qabaq ciyarından necə qəlpə çıxa bilərdi?
Bu şikayətimlə bağlı yazmadığım, getmədiyim orqan qalmayıb. Dünən də Milli Məclisdə olmuşam. Adil müəllimin qəbuluna getsəm də, iclasda olduğu deyildi.
İmkanım yaxşı deyil, xəstəxanalarda yaşayıram. Səhhətim icazə vermir ki, hansısa bir işlə məşğul olum. Hal-hazırda da “Medera” hospitalda müalicə alıram.
Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırasınız”.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Məsələni araşdırıb, redaksiyamızla əlaqə saxlanılacağını bildirdilər.