8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əməkdar həkim Edilya Hüseynova "Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi məhkəməyə verib.
Sozcu.info xəbər verir ki, onun tələbi işə bərpa olunması ilə bağlıdır. İş hazırda apellyasiya mərhələsindədir.
Edilya Hüseynovanın şikayətinə Bakı Apellyasiya Məhkəməsində Elnur Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Araşdırmalarımız zamanı bəlli olub ki, Edilya Hüseynova Yasamal rayonunda 5 saylı uşaq poliklinikasının baş həkimi vəzifəsində çalışıb. O, işdən çıxarıldıqdan sonra Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. İşə hakim Aytən Əhədovanın sədrliyi ilə baxılıb. Aytən Əhədova keçmiş baş həkimin iddiasını təmin etməyib.
Edilya Hüseynova 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar həkim” fəxri adına layiq görülüb.
"Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 2021-ci ildə Bakı Baş Səhiyyə İdarəsinin bazasında publik hüquqi şəxs yaradılıb. Mərkəzin direktoru Elçin Əmirovdur. (qaynarinfo)