“Şəki Məşğulluq Mərkəzində ancaq rüşvət verənlərə şərait yaradlır…” – RAYON SAKİNİ MƏRKƏZİN DİREKTORU VƏ ŞÖBƏ MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR


Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində məskunlaşan Laçın rayon sakini Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, DTX rəisi Əli Nağıyevə, eləcə də Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə ünvanladığı məktubunu olduğu kimi dərc edirik:

“Mən, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində məskunlaşan Laçın rayon sakini Abdullayev Əbdül Nurqələm oğlu, yazıb sizə bildirirəm ki, Şəki Regional Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimovun yarıtmaz fəaliyyəti və özbaşınalıqları ciddi şəkildə vətəndaş narazılığına səbəb olur. Abdulla Kərimov yüksək ranqlı bir məmura arxayın olması nəticəsində, özünün korrupsiya əməllərinə xüsusi don geyindirə bilib. Vətəndaşlara “növbəniz çatmayıb” və s. kimi bəhanələr edir, imkanlı şəxslərdən isə pul almaq hesabına onları önə çəkərək özünəməşğulluq proqramına cəlb edir. Digər həssas qrupda olan vətəndaşlardan rüşvət ala bilmədiyinə görə, onlar diqqətdən kənarda qalır, yubadılır.

Abdulla Kərimov

Şəki rayon Məşğulluq Mərkəzində Abdulla Kərimov başda olmaqla, bu mərkəzin rəhbər işçilərindən sayılan (şöbə müdiri) İlham Mikayılov və digərləri vətəndaşların haqlı müraciətini heçə sayaraq, ancaq rüşvət təklif edənlərə şərait yaradırlar. Hətta vəziyyət o yerdədir ki, İlham Mikayılov öz vəzifəsi ilə öyünür. "Mən imtahan verib bu vəzifəyə gəlmişəm” və s. kimi özündən razı cümlələrlə vətəndaşa öz elmindən, düşüncələrindən  ağız dolusu bəhs edərək, “mənə heç kim heç nə edə bilməz” deyir.

İlham Mikayılov

Ola bilər ki, İlham Mikayılovun elmi yüksəkdir, ancaq bu o demək deyil ki, ciddi dərəcədə qanunsuzluq törədə, Abdulla Kərimovun pulyığanı ola bilər. Yəni İlham Mikayılov elə bilir ki, yüksək elmi onu xilas edəcək. Ancaq o, yiyələndiyi elmə “vətəndaşı incit, süründür, pul tələb et” anlayışlarını da əlavə edib. Bir sözlə, Şəki rayon Regional Məşğulluq Mərkəzinin şöbə müdiri İlham Mikayılovun avazı yaxşı gəlir, ancaq oxuduğu quran olsa.

Xahiş edirəm ki, bu korrupsionerlərin törətdiyi qanunsuzluqlar araşdırılsın və hüquq müstəvisində tədbir görülsün”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 



Oxşar Xəbərlər

Xəbər lenti