8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət qulluqçularının etik davranış qaydaları haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ QANUNUBu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.Buna görə də hər bir dövlət qulluqçusu qanunun aliliyini insan hüqüqlarını demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.Gəlin elə başlayaq sovetin dövründən qalmış Mənzil İstismar Sahələrindən (MİS). Son vaxtlar sakinləri narahat edən bir məsələ var, ev pulunu ödəməliyəm yoxsa ödəməməliyəm.(Zibil pulu) Əgər ödəyirsə yığılan pulun müqabilində sakinlərə normal xidmət göstərilirmi? Bu gün hər bir vətəndaş kommunal xərclər sırasında ev pulu da ödəyirlər. Buna görədə MİS-in tələb etdiyi ev pulundan əlavə olaraq, bələdiyyələrin əmlak vergisi adı altında yığılan pul isə vətəndaşları çaşbaş salır. Vətəndaş da bilmir ev pulunu MİS-ə ödəsin yoxsa bələdiyyəyə. Amma hər bir vətəndaş sahib olduğu əmlaka görə vergisini ödəməlidir. Ev sahibi əmlak vergisini ərazi üzrə bələdiyyəyə, ərazinin təmizliyinə görə zibil pulunu isə MİS-ə ödəməlidir. Vətəndaş üçün ən asan xidməti qurum sizcə hansıdır? Bələdiyyə yoxsa MİS? Ümumiyyətlə MİS-in iş prinsipi nədən ibarətdir? Sakinlərə necə xidmət göstərirlər?Elə bu mövzu ilə bağlı Yasamal rayon sakinləri ilə bir sorğu keçirdik. Suallarımızın cavabı heç də ürəkaçan olmadı, yəni sakin hər hansı problemə görə müraciət etmək istədikdə rəhbərlik yerində tapılmır. Yasamal rayon MKTB- nin 32 saylı Mənzil Kommunal İstismar sahəsinə — 32 saylı jekə daxil olduğumuz zaman kresloda başı aşağı təsbeh çevirərək gənc oğlanla salamlaşdıq. Bu gənc 32 saylı jekin yeni təyin olunmuş rəisi Kamran Novruzov idi.