Məhkumun həyat yoldaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimini ittiham edir - MÜRACİƏT

Məhkumun həyat yoldaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimini ittiham edir
Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.05.2023-cü il tarixli hökmü ilə 9 il azadlıqdan məhrum edilən İftixar Cəfərovun həyat yoldaşı deyir ki, məhkəmə davam etdiyi aylar ərzində ərinin təqsirsiz olduğunu sübut edən çoxsaylı faktlar ortaya çıxdı. Onun sözlərinə görə, ortada olan faktlar açıq-aşkar İftixar Cəfərovun polislər tərəfindən şərləndiyini, narkotikin evinə polislər tərəfindən atıldığını sübut edir.

Bu haqda Dünyanınsəsi.Az saytına məhkumun həyat yoldaşı Vəfa Cəfərova tərəfində şikayət göndərilib.

Həmin şikayəti olduğu kimi təqdim edirik:

“Çox təəssüf ki, Eldar İsmayılov sonda sübutlara qiymət verib, hakimlik etmək, ədalətli, obyektiv olmaq əvəzinə, notarius kimi, ittiham aktını hökmə köçürməyi üstün tutdu. Halbuki, həmin Eldar İsmayılovun özünün təmin etdiyi vəsatətlərlə biz sübut eləmişdik ki, o narkotik bizim evimizə atılıb. Məsələn, necə ola bilərdi ki, polis idarəsindəki tərəzi ilə bizim evdən tərəzi tamamilə eyni olsun? Təsəvvür edin, hətta nömrəsinə qədər eynidir.Buna dair iyirmiyədək fotoşəkillər iş materiallarına əlavə edilmişdir.Deməli, eyni tərəzini gətirib atıblar evə…”, – Vəfa Cəfərova bildirib.

Cinayət işinin materiallarında Cəfərovların evindən 2 kiloqram 850 qram narkotik tapıldığı iddia olunur. 1977-ci il təvəllüdlü İftixar Cəfərov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (satış məqsədilə bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, İftixar Cəfərov İftixar Cəfərov yolda saxlanılıb və 2022-ci ilin yanvarından həbsdədir.

“Məhkəmədə anten dairələrilə bağlı araşdırma aparıldı. Məlum oldu ki, İ.Cəfəovun barəsində BNMİ-də tərtib edilmiş 3 protokolun heç biri orda qeyd edildiyi real zamanla uzlaşmır.Şübhəli şəxs qismində tutulma, şəxsi axtarış və götürmə,mənzilə baxış keçirilməsi və götürmə protokolunda qeyd olunan zamanlarda müdafiəçi ilə əməliyyatçıların anten göstəriciləri onu deməyə əsas verirki sənədlərdəki qeyd olunan müddətlərlə real iştirakı olmayıbdir və sonradan formal sənədləşmə həyata keçirilmişdir.

Digər əhəmiyyətli xüsusat isə ondan ibarətdir ki,verilmiş ittihama görə guya İ.Cəfərov narkotik vasitəni əldə etmək üçün Həmzə adlı iran vətəndaşı ilə özünün mobil telefonunda olan VOTSAP proqramı ilə əlaqə saxlamışdır.Lakin iş materiallarında olan sübutlardan məlum olur ki, İ.Cəfərovun mobil telefonunda ümimiyyətlə belə bir proqram quraşdırlmamışdır.Belə olan halda nə istintaq,nədə ki hörmətli ittihamçı İ.Cəfərovun narkotik vasitəni necə əldə edə biləcəyinə dair başqa bir dəlil təqdim etməmişdir.

Buna münasibət bildirən məhkəmə hesab etmişdir ki, bunlar təqsirləndirilən şəxs İftixar Cəfərovun istintaqa verdiyi ifadələrində göstərilmiş hallardır, həmin halların təsdiq və ya təkzib olunması təqsirləndirilən şəxsin əməlinin tövsifinə hər hansı təsir göstərmir. Təqsirləndirilən şəxs başqasının adını çəkməsi istisna edilməklə, özünü müdafiə etmək üçün verdiyi ifadəsinə görə məsuliyyət daşımır.

Lakin iş materiallarında olan digər şəxslər barədə cinayət işi ayrılması barədə qərar vardır ki,istintaq bunu guya narkotik vasitələrin sahibi,mənbə kimi dəyləndirilən Həmzə və digərlərinin əməllərinə qiymət verilməsi və qanunauyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə etmişdir.Yəni istintaq və onunla razılaşmış ittiham narkotik vasitəni əldə etmək üçün Həmzə adlı iran vətəndaşı ilə mobil telefonla VOTSAP proqramı ilə əlaqə saxlamasını real və ciddi qəbul etmişdir.Lakin onlardan fərqli olaraq isə məhkəmə bunu özünü müdafiə etmək üçün verilmiş ifadə kimi dəyərləndirmişdir.Bu zaman yenədə ikili standartların məhkəmə tərəfindən növbəti dəfə tətbiq edilməsini görürük.Halbuki ədalətli,obyektiv və hərtərəfli araşdırma aparılmasının nəticəsi bu şəkildə nəticələnməməli idi.

Eləcədə məhkəmə müdafiə tərəfinin məhkəmə komputer-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətini təmin etməyərək İ.Cəfərovun mobil telefonunda VOTSAP proqramının olmadığını qəbul etdiyini bildirmişdir.Lakin nəticə etibarilə məhkəmə ədaləti bərpa edə bilməmiş,əksinəVəfa Cəfərova onu da vurğulayıb ki, həyat yoldaşı tutulanda özü də həmin zaman mənzildə olan qızının,anasının,qohumunun gözləri önündə təzyiqə məruz qalıb, onun qolları qandallanmaqla həbs ediləcəyi ilə təhdid edilən həyat yoldaşı narkotikin özünə məxsus olmasına dair etirafedici ifadələr verməyə məcbur edilmişdir.Yaşadıqlarının stressindən bətnindəki övladını itirib. Onun sözlərinə görə, hamiləliyinin pozulması barədə tibbi sənədlər də var.

“16 yaşlı övladım atasının yolunu gözləyirdi. Hakimin bu cür davranışı övladımın psixoloji durumuna çox böyük zərbə olub.Gözləri önündə atasına və bizlərə qarşı edilmiş bu qanunsuzluqlara görə övladım intihar barədə fikirləşir,məcbur olub onu qorumaq üçün gecə-gündüz yanından ayrılmıram.Bu qanunszuluqları törədən şəxslər təkcə bir insanı yox, onun bütün ailəsini məhv etdiklərinin fərqindədirlərmi? Mənim övladımla bağlı nəsə baş verərsə, bunun bütün məsuliyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin üzərindədir…”, – Vəfa Cəfərova əlavə edib.

İ.Cəfərovun vəkili Murtuzəli Abbasov bildirib ki, hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriləcək. Vəkil də hesab edir ki, İftixar Cəfərova qarşı ittihamlar məhkəmədə sübuta yetirilməyib və hökm əsassızdır.Apellyasiya şikayətində bütün qanunsuzluqlar bir-bir qeyd olunmaqla bütün dəllillərə münasibət bildiriləcəkdir.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
əməliyytaçıların qanunsuzluqlarına haqq qazandırmışdır.



Oxşar Xəbərlər

Xəbər lenti