ŞƏMKİR SAKİNLƏRİ SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKİR – “Əsas məşğuliyyətləri əkinçilik olan kənd sakinləri indi çıxılmaz vəziyyətdə qalıblar”


Şəmkir rayonu, Yeniyol kənd sakini Vəliyev Polad Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi Yeniyol kənd sakinlərinin susuzluqdan əziyyət çəkdiyini deyir:

“Şəmkir rayonunun Yeniyol kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Əsas məşğuliyyətləri əkinçilik olan kənd sakinləri indi çıxılmaz vəziyyətdə qalıblar”.

Sakinlər susuzluqdan əziyyət çəkdiklərini, bu səbəbdən də məhsuldarlığın aşağı düşdüyünü deyirlər. Dolanışıqları torpaqdan çıxan sakinlər, dolana bilmədiklərini bildirirlər.

Onların sözlərinə görə, Şəmkir rayonunda suvarma sisteminin yaxşılaşdırılması üçün ölkə başçısının sərəncamı ilə 2021-ci ildə 10 ədəd subartezian quyusunun vurulmasına göstəriş verilib. Nəzərdə tutulan subartezian quysunun biri də, Yeniyol kəndinin ərazisinə düşüb.

“Lakin bunun kənd əhalisi üçün heç bir faydası olmayıb. Sadə kəndlilərin düşdüyü ağır vəziyyətə yerli qurumlar da fikir vermir. Bələdiyyə və icra nümayəndəliyi də susuz qalan Yeniyol kəndinin üzləşdiyi acınacaqlı duruma biganəlik nümayiş etdirirlər”, - deyə şikayətçi bildirir.

Məsələ ilə bağlı Şəmkir Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.





Oxşar Xəbərlər

Xəbər lenti