"Bu mağazadan məhsul almağı heç kimə tövsiyə etmirəm.." - MÜRACİƏT

"Bu mağazadan məhsul almağı heç kimə tövsiyə etmirəm.."
Sozcu.info- "Şikayətim "Balli Bisi" tort mağazası ilə bağlıdır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Gülxanım Məmmədova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Bir neçə gün öncə Wolt vasitəsilə onlardan 6 nəfərlik moruqlu tort sifariş etdik. Tortu əvvəl azı 3-4 dəfə yemişəm və dadını bilirəm. Tortu çatdırdılar, bir dilim kəsdik, tamı çox pis idi, sonra içindən bir moruq götürdüm, moruqdan təmiz balıq qoxusu gəlirdi, tortun içindəki bütün moruqlar balıq qoxusu və dadı verirdi. Əlbəttə zəng edib şikayətimi bildirdim, tortu bunlara göndərməyimi təklif etdilər, taksiyə pul ödəməcəyimi dedim. Nəticədə özlərinin sürücüləri gəlib bütov tortu "ekspertiza"ya apardılar. 5-6 saat gözlədim geridönüş olmadı, özüm zəng vurdum və çox xoş danışdım dedilər sizə zəng vurulacaq. 1-2 saat sonra zəng gəldi ki, vəs bu tortdan heç bir dad gəlmir, yenə də daimi müştərimizsiniz deyə sizə növbəti alışda 50% endirim edərək. Mənə başa salın, mən dəliyəm, bekaram ya nəyəm tortu alım, bir dilimini kəsim və bötöv şəkildə bunlara geri qaytarım? Nəticə olaraq 100% ödənişimi geri istədim və bir daha onlardan heç bir məhsul almaq istəmədiyimi bildirdim. Heç bir reaksiya olmadı hələ üzsüz-üzsüz mənim vatsapıma yazıb 50%-lik kuponun kimin adına qeyd ediləcəyini soruşurlar. Nə bir üzür, nə bir şey. Belə ki, bu mağazadan məhsul almağı heç kimə tövsiyə etmirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti