8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində rayonlarda ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur. Layihə çərçivəsində rayon və kəndlərdə müasir standartlara cavab verən fiber-optik kabellərlə çəkilir.DİA.AZ bildirir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə, Ağdam rayonunun kəndlərində GPON layihəsini həyata keçirən “İTTNET” MMC şirkəti korrupsiya hallarına yol verib. Belə ki, şirkət rəhbərliyinin Ağdamın Zəngişalı, Baharı və s. kəndlərində GPON layihəsi çərçivəsində intenet kabellərinin çəkilişi zamanı istifadə olunan dirəklərin bir hissəsinin mənimsənildiyi bildirilir.Məlumata görə kəndlərdə internet kabelləri üçün basdırılan dirəklərin məsafə arası 100 metrə yaxındır. Əslində isə çəkiliş layihəsində bu məsafənin 30-40 metr arasında olduğu göstərilib.Bundan başqa, “İTTNET” MMC rəhbərliyinin dirəklərin basdırılması və kabellərin çəkilişi zamanı görülən işləri 2 dəfə şişirtdiyi deyilir. Belə ki, çəkilişdə işləyən işçilər sənəddə aldıqları vəsaitdən 2 dəfə artığına qol çəkərək, kartlarına vurulan həmin vəsaiti “İTTNET” MMC rəhbərliyinə qaytarıblar.Əldə etdiyimiz məlumata görə, “İTTNET” MMC-nin Ağdam rayonun kəndlərində yol verdiyi korrupsiya əməllərinə şirkətin GPON Layihəsinin qurulması üzrə rəhbəri Arif Fərzəliyev adlı şəxs rəhbərlik edir.Şirkət hazırda Tərtər rayonunun kəndlərində də GPON Layihəsini həyata keçirir.Bildirək ki, “İTTNET” MMC şirkətinin direktoru Cəbrayıl Abbasov adlı şəxsdir.Məsələ ilə bağlı araşdırmamız davam edir.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.