28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Gürcüstan azərbaycanlıları sərhədlərin açılması və ya quru sərhəddə alternativ giriş-çıxışın təmin olunması ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Sozcu.info xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına müraciətin təşəbbüskarı ictimai fəal Samirə Bayramova məlumat verib. O bildirib ki, müraciətdə artıq üç ildir pandemiya ilə əlaqədar quru sərhədlərin bağlı olması səbəbindən insanlar maddi mənəvi əziyyətlər çəkir: "Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru da var. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər var. Onlar üçün quru sərhədləri açıb, giriş-çıxış üçün daha ucuz alternativi yaratmağınızı xahiş edirik. Çünki digər ölkələrin vətəndaşlarından fərqli olaraq Gürcüstan və Azərbaycanda yaşayan xalqları biri-biri ilə ailə münasibətləri və bağları birləşdirir". Qeyd olunub ki, petisiyaya mindən çox insan imza atıb və onlar müvafiq orqanlara alternativ giriş-çıxış imkanları yaratmaq, quru sərhədi keçmək üçün güzəştlər və imkanlar yaradılmasını xahiş ediblər.