8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhərinin daha bir ünvanında yaşıllıqlar hasara alınıb. Bu dəfə ağacların qırılması ehtimalı olan ünvan Nizami rayonu Qara Qarayev küçəsindəki ərazidir. Belə ki, 8-ci kilometr bazarı ilə üzbəüz ərazidə xeyli sayda yaşlı ağac dəmir hasara alınıb. Yerli sakinlər iddia edirlər ki, ərazidə ticarət obyekti tikiləcək. Və ərazidəki ağaclar kəsiləcək.Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.DİA.AZ xəbər verir ki, İcra Hakimiyyətindən Bizim.Media-ya bildirdi ki, məsələdən xəbərdardırlar:“Bəli, ərazi hasara alınıb. Amma orada abadlıq işləri aparılacaq. Tikinti aparılacağı barədə bizdə məlumat yoxdur”.Mövzunu diqətdə saxlayacağıq.