`Azəriqaz`da qanun-manun HƏRLƏYƏN YOXDUR... - FAKT BUDUR!

`Azəriqaz`da qanun-manun HƏRLƏYƏN YOXDUR...
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı maraqlı açıqlama ilə çıxış edib.

M.Qəhrəmanlı yazır: «…Budur, işçi mənə yazır: «Hörmətli Mirvari xanım, mən Gədəbəyə ezamiyyəyə göndərilmişəm. İdarə mehmanxanada qalmağımla əlaqədar sənəd tələb edir. Bu halda Tovuzdan (?) bu sənədi gətirməliyəm. Ona görə ki, Gədəbəydə mehmanxana yoxdur. Bas mühasib ilə əlaqə saxladım. Dediyinə gorə, mehmanxana sənədini gətirmədiyimiz halda bizə ödənilən məbləğ idarənin büdcəsindən ödənildiyi üçün idarə büdcəsinə ziyan dəyir. Nəticədə mənə Əmək Məcəlləsinin 108.4-cü maddəsini oxumağı tövsiyyə etdi… Mən nə edim?».

***
Elə isə, «Azəriqaz» İstehsalat Birliyinin Təmir- Tikinti İdarəsinin rəisi Kamran Cəfərov və idarənin baş mühasibi Samir Rəhmanov bu suala cavab verməlidirlər: bu halda ya işçi Tovuzdakı mehmanxanada qalıb hər gün Gədəbəyə işə gedib qayıtmalıdır, yaxud da Tovuz mehmanxanasından saxta sənəd gətirməlidir!

Bəs qanunvericilik nə deyir? NHMT-nin hüquqşünası Azər Quliyev bunun izahını «Təzadlar»a velə açıqladı:

- Bildirim ki, idarənin Baş mühasibinin bu yazısını və ya tövsiyyəsini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edirəm:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarında əvvəlki redaksiyadan fərqli olaraq, hal hazırdakı redaksiyada birmənalı olaraq nəzərdə tutulur ki, işçi mehmanxana xərci barədə qəbz təqdim etməsə də işçiyə ezamiyyə pulu 100 faiz ödəməlidir.
2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.4- cü maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Yəni, bu maddədə nəzərdə tutulmur ki, işçi mehmanxana xərcləri barədə sənəd təqdim etmədikdə ona, bu məbləğin 50 faizini ödə. Vergi Məcəlləsi bu halda işçiyə 100 faiz ödəmə hissəsini də qadağan etmir. Qanun və Qərar arasında da işçiyə ödənilməli olan ezamiyyə xərcləri barədə də ziddiyyət yoxdur.
3. Baş mühasibin, idarənin bu barədə olan, yəni, " idarənin büdcəsinə ziyan dəyir" kimi fikri də işçinin hüququnun pozulmasıdır, bu işçinin deyil, sizin problemdir. Vergi Məcəlləsinin bu maddəsi də nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Zəhmət çəkin oxuyun, Vergi Məcəlləsinin 108.4 - cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarına əməl edin, öz xərcinizi və ya probleminizi, işçi hüququnu pozmadan həyata keçirin. Məcəllə məhz bunu nəzərdı tutur. Bu qanun gəlirdən tutulmalara aiddir, işçiyə ödənilən ezamiyyə pulundan yox…

***

Beləliklə, «Azəriqaz» İstehsalat Birliyinin Təmir- Tikinti İdarəsinin rəisi Kamran Cəfərov və idarənin baş mühasibi Samir Rəhmanov qanunvericiliyi dəqiq bilməlidirlər. Əks halda, işçi məhkəməyə müraciət etməlidir. Hesab edirik, buna ehtiyac yoxdur. Çünki ortada qanunlarımızın konkret tələbi və izahı vardır…
 //tezadlar.az//



Oxşar Xəbərlər

Xəbər lenti