8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəlilabad rayonu, Soyuqbulaq kənd sakini Əmirov Elxan Əmirxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Cəlilabad rayonu, Göytəpə polis bölməsinin rəisi Asif İmanov ona hədə-qorxu gəlir:
"Mən, Əmirov Elxan Əmirxan oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mən hal-hazırda Rusiya dövlətinin vətəndaşıyam. Bildirmək istəyirəm ki, Cəlilabad rayonu İcra Hakimiyyətində işləyən vəzifəli şəxs - Hüseynov Sabir Ağahüseyn oğlu vəzifədə işlədiyi vaxt dələduzluq yolu ilə məndən külli miqdarda pul alıb. Məsələ ilə bağlı Cəlilabad rayon Prokurorluğuna və Polis Şöbəsinə şikayət etsəm də, baxan olmadı. Bu şikayəti araşdırmaq üçün polis şöbəsinin rəisi Tahir Farzəliyev məndən 5 000 min manat pul istədi. Pulum olmadığı üçün işi yarımcıq qoydum.
İndi də Cəlilabad rayonu, Göytəpə Polis Bölməsinin rəisi Asif İmanov başqa nömrələrdən (whatsapp) mənə zəng vurub hədə-qorxu gəlir. Mən bilmirəm nə edim, kimə hara müraciət edim".
Xahiş edirəm mənə kömək edin, başıma hansısa bir oyun gələ biləcəyindən narahatam”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adlrı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.