8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvanda tibb bacılarının maaşı yarıbayarı aşağı salınıb. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tibb bacısı məlumat verib. Onlar deyirlər ki, oktyabr ayından başlayaraq, 40-50 faiz aşağı məvacib alacaqlar. Şikayətçilər bildirir ki, onlara bununla bağlı xəbərdarlıq xəstəxana rəhbərliyindən gəlib. Yeni maaş cədvəli ilə razılaşmayanlara isə, ərizə yazıb, işdən çıxmaq təklif olunub.Bundan bir müddət əvvəl isə, Naxçıvandakı tibb bacılarının aylıq iş saatı 160-dan 240-a qaldırılmışdı. Yəni, hazırda onlar qanunda nəzərdə tutulduğundan 50 faiz artıq işləməyə məcbur edilirlər. Artıq iş saatına etiraz edən tibb bacıları bunun qarşılığında səhiyyə nazrliyindən maaşlarının da artırılmasını tələb edirdilər. Nazrlik isə, bunun əksinə olaraq, onların maaşını aşağı salmaq qərarına gəlib.Naxçıvan MR Xəstəxanasın tib bacısı işləyən B. Babayeva deyir ki, onalrın iş saatı artırılanda maaşların da artacağını gözləyirmişlər. Lakin, yeni qaydaya görə o, 700 manat yerinə 400 manat alacaq:“Iş saatımız artırılandan sonra, şikayətlər edib, maaşlarımızın da artırılmasını tələb edirdik. Bunlar isə, tam əksini etdilər, maaşımız yarıbayarı azaltdılar. Ötən həftə baş həkim Feyruz Zehirov hamını yığıb dedi ki, səhiyyə nazirliyi tibb bacıları və xadimələrin maaşını aşağı salır. Gedin, hara istəyirsiz şikayət edin. Artıq, mən ərizəmi yazıb işdən çıxmaq qərarına gəlmişəm. Çünki, qul kimi işləmək istəmirəm“.Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər tibb bacısı deyir ki, yeni qərara etiraz etdiyinə görə, onu hədələyiblər:„Feyruz həkimlə Naxıvanın səhiyyə nazir əvəzi Samiq Sadıxov əl-ələ verib, səhiyyəni məhv edirlər. Bu qədər də insafsızlıq, qəddarlıq olmaz. Bizi qul kimi gecə-gendüz işlədirlər. Səsimizi çıxardıq, dedilər ki, işdən çıxararıq. İndi də üstəlik, maaşımızı kəsirlər. Deyirlər ki, hara istəsəniz, gedin şikayət edin, xeyri olmayacaq. Çünki, Samiq müəllim prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin dostudur. Mən biraz etiraz etdim, dedilər ki susmasan, polis çağıracağıq“.