“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir” – ŞƏRUR SAKİNİ ADƏM İMANOVDAN ŞİKAYƏTÇİDİR


Sozcu.info bildirir ki, Naxçıvan şəhər sakini İsmayılov Fariz Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 7 aydır iflic olub, Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov ona xəstəliyi ilə bağlı arayış vermir:

"Mən, İsmayılov Fariz Yusif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

7 aydır iflic xəstəsiyəm, yataqda yatıram, özüm özümü idarə edə bilmirəm. Belimdən aşağı fəlç olub.

Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov arayış vermir ki, əlillik dərəcəsi alıb, pensiya düzəldim, o yolla müalicəmi edim.

Məni bu halımla Naxçıvandan Şərura göndərirlər. 3 dəfə yalandan yola xərçi verib, zülmlə gedib-gəlmişik.

Adəm həkim yeriməyimlə bağlı mənə ümid vermir. Deyir ki, orqanların fəaliyyətini itirib. Amma bu dediklərini sənədə yazmır.

İmkansız ailəyik, xahiş edirik bu məsələni ictimailəşdirin, həkimlərb izim sənədimizi versin".

Məsələ ilə bağlı Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanovla əlaqə saxlamaq mümkün olmadı.

“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir”
“Baş həkim deyir ki, orqanların fəaliyyətini itirib, yeriyə bilməyəcəksən, amma bu haqda arayış vermir”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti