8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Oktyabrın 17-də sertifikasiya imtahanından keçə bilməyən və bu səbəbdən işdən azad olunan bir qrup müəllim Bakıda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyada həm ölkənin müxtəlif rayonlarında, həm də Bakıda müəllim işləmiş 10-dan çox şəxs iştirak edib. Onların sözlərinə görə, ümumilikdə 700-dən çox müəllim işsiz qalıb.Aksiya iştirakçılarından biri bildirib ki, ağır əməliyyatda olduğu üçün sertifikasiya imtahanında iştirak edə bilməyib: "Elm və Təhsil Nazirliyinə bu və bülletendə olduğum barədə məlumat verilib. Amma elə bülletendə olduğum müddətdə məni işdən azad ediblər və heç bir işlə təmin etmirlər"."Dolana bilmirik”Şikayətçilər qeyd ediblər ki, işdən azad olunmaları onların maddi vəziyyətinə mənfi təsir göstərib: "Dolana bilmirik. Əlacımız odur ki, bir-iki qızılımız var, onu girov qoyaq. Bizə nazirlik texniki işlər təklif edir, amma orada maaş o qədər azdır ki, bu pulla heç cür dolanmaq mümkün deyil".Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Nazirlər Kabinetindən münasibət öyrənmək mümkün olmayıb. Amma sentyabrın 4-də Elm və Təhsil Nazirliyi bildirmişdi ki, sertifikasiya imtahanının ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib."Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq", - rəsmi açıqlamada vurğulanırdı.Azərbaycanda sertifikatlaşdırma ötən il ilk dəfə keçirilib. O, iki mərhələdən (test və müsahibə mərhələsi) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.