8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şimal-Qərb bölgəsində Oğuz rayonu yol infrasturukturu baxımdan ən irəlidə olanı, müasir yolların salındığı rayon hesab edilir.Sozcu.info Bizim.Media-ya istinadla xəbər verir ki, bu rayonda hələ də yolları bərbad vəziyyətdə olan kəndlər var.Yaz-yayı tozlu-torpaqlı, payız-qışı isə palçıqlı.Elə Mollalı kəndinə gedən yol kimi. Magistraldan kənd mərkəzinə 4 km məsafə var. Qaraməryəm-İsmayıllı-Şəki magistralından Mollalı kəndinin mərkəzinə elə də uzaq məsafə deyil. Cəmi bir neçə km qət etməklə kəndə çatmaq olar. Lakin bu yol sakinlərin ən başlıca qayğılarından sayılır. Kənd yollarına görə üç hissəyə ayrılıb.Kəndin mərkəzində bizi sakinlər qarşılayır.Bu yaşayış məntəqəsi ucqar kənd olduğundan burada demək olar hər evdə avtomobil var. Sakinlər bunu belə izah edir ki, kənd ucqarda yerləşdiyindən taksi çağıranda gəlmir ya da olduqca baha qiymətə xidmət göstərilir. Ona görə sakinlər çalışırlar ki, evlərində maşını olsun. Gecənin bir saatı ailəsində nəsə baş verərsə ya harasa getmək zərurəti yarananda öz nəqliyyat vasitəsindən istifadə edə bilsin.Həmsöhbət olduğumuz kənd sakinlərindən biri Mehman Rəsulov deyir ki, yolu gəlib-getmək olmur. Kənd içi yollar da pis gündədir.“Kəndimiz üç hissəyə ayrılıb. Gördüyünüz kimi, bu körpü elə vəziyyətdədir ki, böyük maşınla məcburən çayın içərisindən keçməliyik. Çaya su gələndə ümumiyyətlə keçmək olmur. Xəstəmiz olanda heç yana apara bilmirik. Bu körpü dağılmışdı, su aparmışdı, camat öz gücünə bərpa edib. Texnika yenə çətinliklə keçir”.Sosial problemlər təhsilə təsirsiz ötüşmür.Kənd məktəbinin direktoru Gülbala Həmidov deyir ki, bu yaşayış məntəqəsində infrasturuktur yarıtmazdır. Xüsusən yol, gediş-gəliş çətin olduğundan burada müəllimlər dərs küçməyə o qədər də maraqlı deyillər.Mollalı kənd tam orta məktəbin direktoru Gülbala Həmidovun sözlərinə görə, kənddə olan sosial problemlər, əlbəttə ki, tədrisə də öz mənfi təsirini göstərir. Belə ki, kənddə yol infrasturukturunun pis olması, mavi yanacağın, internetin olmaması səbəbindən neçə ailə yaşayış yerini dəyişərək paytaxta və digər şəhərlərə köç ediblər.İnanaq, ya inanmayaq?!Mollalı kənd icra nümayəndəliyindən bildirildi ki, məsələdən xəbərdardırlar və rayon icra hakimiyyətində bu istiqamətdə iş aparılır. Belə ki, ötən həftə kənd sakinləri ilə görüş keçirilib. Üç gün əvvəl “Azəravtoyol”a rəsmi sənəd göndərilib.Qeyd olundu ki, artıq kənd yolunun 5 km-lik hissisinin smeta layihəsi hazırlanaraq müvafiq qurumlara təqdim edilib.Kənd icra nümayəndəliyindən o da bildirildi ki, bu gün artıq yolun təmir-tikintisi ilə bağlı ilkin razılıq əldə edilib. Kənd icra nümayəndəsi onu da diqqətə çatdırıb ki, maliyyə vəsaiti ayrılan kimi yolun tikintisinə başlanılacaq.