Bəhlul Cəlalov şikayəti apellyasiya instansiyasına göndərmir- Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq


Məhkəmələrin məhkəmə təminatı hüququna qadağa qoyan yeni-yeni dələduzluq metodları üzə çıxır.  

Bir neçə gün öncə Məhkəmə Hüquq Şurasının aparat məsləhətçisi İbrahim Feyziyev Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun iddiaçı 1-ci dərəcəli Qarabağ əlili xəstəxanada ölümlə çarpışanda 13.09.2023 tarixli 2 qərardad çıxardığını bildirib. Hakimin vicdanı elə “oyanıb” ki, dövlət hesabına vəkillə təminatdan imtinanı İDDİANI MÜMKÜN SAYMAYACAĞI İLƏ “ƏSASLANDIRIB”. Özü də nə iclas təyin edib,  nə xəbər verib, nə də ... qərardadı rəsmi qaydada verib. Təsəvvür edin, cavabdeh dövlət orqanı – DSMF özünün 39 saylı vəkil bürosu (böyük mütəxəssis-vəkil Emil İsgəndərli) ilə təmsil olunub, 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmasına da etiraz edib, amma iddiaçı əlilə məhkəmə nə vəkil ayırıb, nə özü İPM-in 13 və 48 maddələri əsasında yardım edib. Əksinə, iddianı mümkün saymayacağı “əsası” ilə  vəkilə ehtiyac olmamasına “daxili inamı- vicdanı” ilə qərar verib.   İndi isə qərardaddan şikayəti Bakı Apellyasiya Məhkəməsinə  İPM-ə uyğun olaraq göndərməkdən imtina edir. Şikayət hüququna qadağa elə məhkəmə təminatı, məhkəmə müdafiəsi hüququna qadağa deməkdir.

Məğrur BƏDƏLSOY



Oxşar Xəbərlər

Xəbər lenti