Astara illərdir ZİLLƏT İÇİNDƏ OLSA DA... - NARAZILIQ VAR, AMMA...

Astara illərdir ZİLLƏT İÇİNDƏ OLSA DA...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Astara rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Astara rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.

Rayonun icra başçısı Qəzənfər Ağayev bir ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər".

DİA.AZ xatırladır ki, Qəzənfər Ağayev 11 ildən artıqdır Astaraya rəhbərlik edir. Məhz buna görə də Astara sakinləri bu 11 ili belə xarakterizə edir: "Astaranın üzü 11 ildir ki, gülmür..."

Hər halda, Qəzənfər Ağayevin adı buna qədər bir çox qalmaqallarda hallanıb. Amma ortada yenə də cəzasızlıq var... Bu isə özbaşınalığa rəvacc verən faktordur... Unutmalı deyilik...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}