8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müştərinin “McDonalds”-dan sifariş verdiyi bağlama yolda açıldığı üçün zədələnmiş məhsula görə “Volt” kuryeri vətəndaşa hücum edib.Sozcu.info tribunainfo.az-a istinadla yazır ki, sözügedən problemlə üzləşən Cavid adlı şikayətçi bildirib ki, “McDonalds”dan yemək sifariş verib. “Volt” kuryeri vasitəsilə çatdırılan məhsul yaxşı qablaşdırılmadığı üçün sifariş verilən içki yolda açılıb. Yararsız hala düşən yeməyə görə vətəndaş şirkətə şikayətini bildirib.“Volt” kuryeri problemi həll etmək əvəzinə haqlı narazılığını bildirən vətəndaşa hücum edib. Sifariş verilən yeməyin dəyəri qədər kuryer cərimələnib. “Volt” buna görə kuryerin hesabından 10,95 AZN pul çıxıb.Bu azmış kimi indi də “Volt” şirkəti şikayətçi olan müştəridən üzr istəyərək ona pul da təklif edib.