8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakının Nəsimi rayonu "Kubinka" adlanan ərazisində yaşayan sakinlər Musavat.com-a şikayət ünvanlayıblar.
Topçubaşov 157, mənzil 2 ünvanında yaşayan Vəfa Əlizadə bizimlə söhbətdə bildirib ki, bu ərazidə binanın söküləcəyi vəd olunsa da, üstündən xeyli müddət keçib, hələ də söküntü işlərinə başlanılmayıb:
"Sözdə və yazılarda qeyd olunur ki, bu ərazi söküləcək, o ərazi tikiləcək, amma heç bir iş getmir. Bunun səbəbi nədir axı? Babamın yaşadığı kiçik bir evdir. Burada yaşamaq hər an təhlükəlidir. Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komitəsinə nə qədər zəng etsəm də, məsələni bir-birinin üstünə atırlar. Ona görə hələ də sualıma cavab ala bilməmişəm ki, ərazi konkret olaraq nə zaman köçürüləcək. Burada yaşamaq qeyri-mümkündür. Sakinlər əziyyət çəkirlər. Bir sözlə, xarabalığı xatırladır".
Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin mövqeyini öyrənməyə çalışdıq.
Qurumdan Sozcu.info-ya bildirildi ki, Topçubaşov 157 ünvanı oradakı hamamın arxasında yerləşən həyətdir:
"Tikinti şirkəti tərəfindən iki binanın tikintisi nəzərdə tutulub. Binanın biri tikilib. İkinci binanın sənədləri hazırda rəsmiləşdirilir. Həmin tikintinin tam qanunauyğunluğu ilə əlaqədar olaraq rəsmiləşdirmə işləri aparılır. Bu işlər tam şəkildə başa çatandan sonra həmin şirkət tərəfindən o ərazidə yaşayan sakinlərlə danışıqlar aparılacaq. Danışıqlar prosesi tam başa çatdıqdan sonra söküntü işlərinə başlayacaqlar. Bu proses də təqribən bir ay ərzində davam edəcək".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda "Kubinka"da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.
Kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadratmetr əlavə sahəsi olan mənzil təklif olunur.Musavat.com