8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvanda dövlət idarə və müssisələrində çalışanlara Zəfər Günü və Bayraq Günü bayramlarında işə çıxmaq tapşırılıb.
Sozcu.info bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup dövlət işçisi məlumat verib. Şikayətçilər deyir ki, onlar bu haqda tapşırığı Prezidentin Naxçıvan üzrə Nümayəndəliyindən alıblar. Bu bayram günləri noyabrın 7 və 8-nə dəng gəlir. Onların sözlərinə görə, həmin günlər işə gəlməyənlər işdən qovulmaqla hədələnirlər.Culfa rayonundakı dövlər idarələrinin birində çalışan Gülnarə Quliyeva deyir ki, tapşırıq nümayəndəlikdən gəldiyindən, şikayət edəcək yerləri də qalmayıb:“Bütün Azərbaycan bu qürurlu günləri evində qeyd edəcək. Lakin, Naxçıvan sanki Azərbaycanın bir hissəsi deyil. Biz bu hüquqdan da istifadə edə bilməyəcəyik. Tapşırılıb ki, hamı işə gəlsin. Biz qadın olaraq çoxumuzun ailə uşağımız var. Ən azından bayramlarda bir yerdə gün keçirməyi düşünürdük. Yoldaşım da, mən də dövlət qulluqçusuyuq. İş günləri olanda uşaqları, bağçaya, məktəbə qoyub işə gedirik. İndi haraya, kimin yanına qoyub gedəcəyik. Deyəndə cavab verirlər ki, uşaqlarınızı da özünüzlə işə gətirin. Amma səs çıxarmasınlar. Belə qayda olar?”Naxçıvan şəhərindən olan digər şikayətçi deyir ki, etiraz edənlərə bu başdan ərizələrini yazıb, işdən çıxmaq məsləhət görülüb:“Dedilər ki, Zəfər Günü günortaya kimi, Bayraq Günü isə, bütün günü işə çıxmalısınız. Qorxumuzdan danışa bilmirik. Çünki, işdən çıxarılmaq təhlükəsi var. İş tapmaq isə çətindir. Bizim istirahət hüququmuz pozulur. Burada belə çıxır ki, Prezidentin Naxçıvan üzrə nümayəndəsi Fuad Nəcəfli prezidentin öz fərmanına əməl etmir. Onun təyin etdiyi bayram günlərini də bizə qadağan ediblər. ”./dia.az/