8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda bəzi otellərdə nikah kağızı tələb olunur.Adının çəkilməsini istəməyən hotel sahibi bildirib ki, rəhbərlik olaraq nikah kağızı tələb etmək məcburiyyətində qalır:"Gün ərzində gənc və ya olğun yaşda cütlüklər gəlir. Çoxunda nikah kağızı olmur, sabah problem olanda polisə dərdini izah et ki, öz xoşları ilə gəliblər. Dəfələrlə belə hallarla qarşılaşırıq. Bəzən isə polislər nikah kağızını niyə tələb etmədiyimizi soruşurlar. Biz də vəkil və hüquqşünas deyilik ki, polisin verdiyi suala cavab verək".Bəs qanunda bu barədə nə deyilir ? Otellərdə nikah kağızının tələb olunması qanunidir?Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrində qeyd edilir ki, oteldə qalmaq istəyən vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər. Cütlüklərdən oteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur.Mülki Məcəllənin 400.2-ci maddəsinə əsasən, otel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqların qəbulundan imtina edə bilməz. Bu maddəyə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən, yaxud onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.Lakin görünən odur ki, bəzi otellərdə nikah şəhadətnaməsi olmayan cütlüklərin gecələməsinə maneə yaradılır. Otel xidmətlərindən istifadə edən şəxslər sosial şəbəkələrdə nikah şəhadətməsinin olmaması səbəbindən icəri buraxılmadıqlarından, yaxud da daha yüksək məbləğ ödəyəndən sonra buraxıldıqlarından şikayətlənirlər.Vəkil Amid Kərimov Cebhe info-ya bildirib ki, otellərdə nikah kağızının tələb olunması qanunsuzdur:“Hətta vətəndaşın ixtiyarı var ki, ona xidmət göstərmədiyi üçün məhkəməyə müraciət edib oteldən şikayəti olsun. Bəzi otellərdə nigah kağızı tələb olunmasının səbəbini soruşanda bildirirlər ki, bu, otelin daxili qaydasıdır. Amma bu, tam qanunsuzdur, otelin daxili qaydası ölkə qanunlarının müvafiq bəndini poza bilməz. Vətəndaş belə halla qarşılaşırlarsa, oteli məhkəmə verməyə tam hüququ var. Qərarı isə məhkəmə verər".Bəziləri düşünürlər ki, otellərdə nikah kağızının tələb olunması özəl münasibətlərə, şəxsi həyata müdaxilədir.Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, belə düşünmək yanlışdır:“Otelin öz təyinatı var. Ondan başqa məqsəd üçün istifadə etmək otelin imicini korlayır. Məsələn, ötən əsrin 70 - 80 - ci illərində Bakıda bir necə belə otel vardı. Adları çox bədnam idi. Bu sahədə otellərin vasitə olması arzuedilən hal deyil. Otel öz nüfuzunu qorumaq barədə daha çox düşünməlidir, nəinki azad seksin yayılmasında vasitə olmalıdır. Azad seksin yayılması isə həm tibbi, həm də mənəvi cəhətdən təhlükəlidir".