Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Araz Kərimovun ittihamlarını qəbul etmir - REAKSİYA


“Vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən funksional pozuntular müşahidə edilməyib”

Hurriyyet.az saytında dərc olunan “44 GÜNLÜK SAVAŞDA İŞTİRAK ETDİ, 42 GÜN ƏSƏB DİSPANSERİNDƏ MÜALİCƏ ALDI, SOSİAL MÜVİNƏT VERİLMİR…” sərlövhəli yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reaksiya verilib.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibsinin iştirakçısı, Masallı rayonu, Köçəkli kənd sakini Kərimov Araz Nəzər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ruhi xəstəxanada yatmasına baxmayaraq, ona sosial müavinat verilmir:

Nazirlikdən bildirilir ki, şikayətçi Kərimov Araz Nəzər oğlunun iddiaları əsassızdır:

“Masallı rayon sakini Kərimov Araz Nəzər oğlu 22.09.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Şəxsin əyani müayinəsi zamanı hazırkı psixi vəziyyəti araşdırılıb, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları müşahidə edilməyib.

Nəticədə Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.

Jalə FAMİLQIZI

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti