İcra başçısının həbs etdirdiyi bələdiyyə sədri bəraət aldı - Vəkilindən AÇIQLAMA


“Lənkəran Ağır Cinayətlər məhkəməsində 10 aylıq mübarizə nəticə verdi. Neftçalanın icra başçısı və prokurorun sifarişi ilə həbs edilən Neftçala şəhər Bələdiyyə sədri Rövşən Quliyevə bəraət verilməsinə nail olduq”.

Sozcu.info xəbər verir ki, bunu Gununsesi.info-ya vəkil Ramil Rüstəmov deyib.

Onun sözlərinə görə, bələdiyyə sədri CM- nin 179.2.3, 179.2.4, 308.1, 311.3.3, 313 cü maddələri ilə ittiham olunurdu:

“Sifarişlə CM nin 5 maddəsi ilə ağır ittiham verərək həbsə atılmış şəxsə bəraət verilməsinə nail olmaqla bir daha qəlbim çox rahat oldu və bir çox insanların duasını qazanmaqla onların dərdinə çarə tapa bildimsə, demək mübarizə aparmağa dəyər. Onu qeyd edim ki, həmin Bələdiyyə sədri bütün Neftçalada şəhid və qazi ailələrinə hər ay yardım edən, az təminatlı ailələrə kömək edən, 2 ci Qarabağ müharibəsində şəhid olan şəhidlərin ehsan və hüzürünə yaxından kömək edən şəxs kimi tanınır”.



Oxşar Xəbərlər

Xəbər lenti