8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dünən sosial şəbəkələrdə Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacının kəsilməsi ilə bağlı görüntülər yayıldı, bunun “Premium Park” yaşayış kompleksi tərəfindən parkinq yaradılması məqsədilə həyata keçirildiyi iddia edildi.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “Ölkə.Az”a deyildi ki, sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə müxtəlif cinsli ağacların kəsilməsi faktı təsdiqini tapıb:
“Ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - deyə açıqlamada qeyd olunub.
Onu da qeyd edək ki, “Premium Park” şirkəti məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verərək yayılan məlumatları böhtan adlandırmışdı. Bildirilib ki, sözügedən ərazinin yaşayış kompleksinə heç bir aidiyyəti yoxdur.