Sakinlər Hövsan yolundakı zülmətdən şikayətçidir – TEZ-TEZ QƏZALARIN BAŞ VERMƏSİ RƏSMİ QURUMLARI NARAHAT ETMİR / VİDEO


Hövsan sakinləri qəsəbəyə gedən yollardakı zülmətdən şikayətçidir. Hurriyyet.az-a açıqlama verən şikayətçilər deyir ki, bir müddət əvvəl yeni asfalt örtüyü salınsa və ətrafına işıq dirəkləri qoyulsa da, Hövsan yolunun işıqlandırılması təmin olunmur.

Sakinlərin sözlərinə görə, axşam saatlarında yollara zülmət çökdüyündən, son vaxtlar tez-tez avtomobil qəzaları baş verir, insanlar həyatını itirir:

“Sizdən xahiş edirik ki, problemimiz işıqlandırasınız.

Azərbaycanda yol-nəqliyyat hadisələrinin və təbii ki, bu qəzalarda həyatını itirənləri sayı artır. Müşahidələr göstərir ki, piyada və sürücülərin diqqətsizliyi ilə yanaşı, yolların işıqlandırılmaması da qəzalara səbəb olur”, -deyən Hövsan sakinləri bildirir ki, qəsəbəyə gedən yol da axşam saatlarında qaranlıq olduğundan, sürücülər piyadaları və digər maşınları görməkdə çətinlik çəkir: “Bu hal hər il neçə-neçə insanın canını alır”.

Şikayətçilər deyir ki, media tərəfindən bu məsələ dəfələrlə işıqlandırılsa da, heç bir nəticəsi yoxdur: “Bu gedişlə işıqsız və radarsız yol hələ çox qəzaların baş verməsinə səbəb olacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsi ilə əlaqə saxlasaq da sualımıza cavab veren olmadı. Operator xanımlardan biri sadəcə onu dedi ki, işıqlanma olmayan ərazilər üçün tədbirlərin görülməsi nəzərdə tutulur.

Sakinlərdən birinin redaksiyamıza gönderdiyi videonu olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI



Oxşar Xəbərlər

Xəbər lenti